ABŞ və Kanada arasında gərginlik artır: Tramp cavab tədbirlərini AÇIQLADI

04.03.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kanada ABŞ-nin tariflərinə cavab tədbirləri tətbiq edərsə, Birləşmiş Ştatlar bu ölkəyə qarşı rüsumları dərhal artıracaq".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"Zəhmət olmasa, Kanadanın Baş naziri Trüdoya izah edin ki, ABŞ-yə qarşı cavab rüsumları tətbiq edildikdə, bizim cavab tarifimiz dərhal eyni məbləğdə artacaq", - deyə o vurğulayıb.

Xatırladaq ki, Donald Tramp Meksika və Kanadadan idxal edilən mallara 25 faizlik rüsum tətbiq edib. Kanada Baş naziri Castin Trüdo isə buna cavab olaraq, 155 milyard dollar dəyərindəki Amerika mallarına 25 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью