ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib

25.10.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ və Kanada arasında ticarət danışıqları intensivləşib və tərəflər yaxın vaxtlarda razılaşma əldə edə bilərlər.

Bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett “Fox News” telekanalına müsahibəsində bildirib.

“Danışıqlar fəallaşıb və sürətlənir. Ticarət naziri Hovard Latnik bütün həftə ərzində kanadalı həmkarları ilə danışıqlar aparıb. Düşünürəm ki, onlar razılaşmaya çox yaxındırlar”, – deyə Hassett vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 23-də Kanadanın yeni ticarət sazişinin əldə olunması istiqamətində fəal çalışdığını bildirib.

Kanadanın Baş naziri Mark Karni isə Vaşinqtonun tətbiq etdiyi idxal rüsumlarının azaldılması üçün Ottavanın yeni razılaşma imzalamağa tələsmədiyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью