ABŞ və Livan üçtərəfli çərçivə sazişinin icrasını müzakirə etdi

19.07.2026

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonda səfərdə olan Livan Prezidenti Cozef Aun ilə görüşüb.

Xarici KİV xəbər verir ki, tərəflər üçtərəfli çərçivə sazişinin icrasını müzakirə ediblər.

Görüş zamanı Rubio ABŞ-nin bu razılaşmanı dəstəkləməkdə qərarlı olduğunu bir daha təsdiqləyib.

O, Vaşinqtonun Livanla əldə olunmuş razılaşmanın uğurla yerinə yetirilməsinə kömək etməyə sadiq qaldığını vurğulayıb.

Qeyd edək ki, iyunun 26-da İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalanıb.

Sazişdə "Hizbullah"ın tərksilah edilməsi, Livan ordusunun ölkədə yeganə hərbi güc olması və İsrail ordusunun Livan ərazisini tərk etməsi nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью