ABŞ və Liviya hərbi əməkdaşlığı dərinləşdirəcək

27.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

ABŞ Prezidentinin Afrika və ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dbeybə ilə danışıqlar aparıb, Trablusla Birləşmiş Ştatlar arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və ölkənin birləşdirilməsi istiqamətində növbəti addımları müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki. bu barədə Bulos "X" sosial şəbəkəsində yazıb.

"Biz Liviyanın birləşdirilməsi yolunda növbəti addımları, o cümlədən ölkənin iki hissəsi arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Biz həmçinin Liviya qüvvələri ilə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) arasında gələcək koordinasiya və qarşılıqlı fəaliyyət üçün yeni razılaşmaların imkanlarını nəzərdən keçirdik", — deyə o, bildirib.

O əlavə edib ki, ABŞ Liviyanın ərazi bütövlüyünün və siyasi birliyinin bərpa olunması üçün səylərini davam etdirəcək.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью