ABŞ və Misirin baş diplomatları Qəzza və Suriyadakı vəziyyəti müzakirə edib

05.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Bədr Əbdül Ati ilə Qəzza zolağında nizamlanmanın mümkünlüyü və Suriyadakı vəziyyəti müzakirə edib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“ABŞ və Misir rəsmiləri Qəzzada girovların azad edilməsinə, humanitar yardımın həcminin artırılmasına və münaqişənin dayandırılmasına imkan verəcək atəşkəsə nail olmaq səylərini müzakirə ediblər. Onlar həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər, Blinken ABŞ-nin bu ölkədə sülh yolu ilə siyasi keçidi dəstəklədiyini bəyan edib”, - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью