ABŞ və müttəfiqləri son bir ayda İŞİD ə qarşı 22 dən çox əməliyyat həyata keçirib

13.11.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son bir ayda Suriyada İŞİD-ə qarşı 22-dən çox əməliyyatda iştirak edib.

APA xəbər verir ki, bu barədə CENTCOM-un mətbuat xidməti məlumat yayıb.

"Son bir ayda CENTCOM qüvvələri Suriyadakı tərəfdaşları ilə birlikdə İŞİD-ə qarşı 22-dən çox əməliyyata məsləhət verib, kömək və iştirak edib. Bu, qrupun lokal əməliyyatlar aparmaq və zorakılığı qlobal miqyasda yaymaq qabiliyyətini azaldıb", - komandanlığın açıqlamasında bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью