ABŞ və Oman Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib

15.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

ABŞ dövlət katibi Marko Rubio ilə Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi arasında telefon danışığı olub.

Tərəflər Yaxın Şərqdəki vəziyyəti və regionda gərginliyin azaldılması yollarını müzakirə ediblər.

Oman Xəbər Agentliyinin məlumatına görə, danışıqlarda regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün münaqişənin diplomatik yolla həlli üçün şəraitin yaradılması məsələsinə xüsusi diqqət yetirilib.

Yaxın Şərqdə vəziyyət iyulun əvvəlində ABŞ və İran arasında sülh razılaşmasının pozulmasından sonra yenidən gərginləşib. Tərəflər bir-birinin obyektlərinə zərbələri bərpa edib. ABŞ İran limanlarına dəniz blokadası tətbiq edib, İran isə Hörmüz boğazını bağladığını açıqlayıb.

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью