Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Özbəkistan və ABŞ prezidentləri Mirziyoyev və Tramp arasında telefon danışığı olub.
Söhbət strateji tərəfdaşlıq çərçivəsində Özbəkistan-Amerika münasibətlərinin daha da möhkəmləndirilməsi, o cümlədən çoxşaxəli əməkdaşlığın, xüsusilə işgüzar əməkdaşlığın genişləndirilməsi və ticarət əməliyyatlarının həcminin kəskin artırılması məsələlərini müzakirə edib.
Bundan əlavə, liderlər cari beynəlxalq problemlər, o cümlədən Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında C5+1 formatında regional əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Mirziyoyev Trampı Özbəkistana rəsmi səfərə dəvət edib.
Paylaş