ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək?

27.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İstanbulda nümayəndə heyətlərinin görüşündə Rusiyanın Ukraynaya qarşı apardığı müharibə məsələsi gündəmdə olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Açıq deyim ki, gündəmdə heç bir siyasi və ya təhlükəsizlik məsələsi yoxdur. Ukrayna müzakirə mövzusu deyil", - adı açıqlanmayan nümayəndə bildirib.

Qeyd edək ki, bu gün İstanbulda ABŞ və Rusiya nümayəndələri arasında görüş keçiriləcək - bu, 18 fevralda Ər-Riyadda baş tutan ilk görüşdən sonra ikinci təmasdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью