ABŞ və Rusiya İsveçrədə Ukraynadakı müharibəni gizli müzakirə ediblər

21.02.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

ABŞ və Rusiya rəsmiləri son aylarda Ukraynadakı müharibə ilə bağlı qeyri-rəsmi müzakirələr aparmaq üçün İsveçrədə gizli görüşürlər. 

Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, tərəflər arasında sonuncu görüş ötən həftə baş verib.

Bildirilib ki, Moskva və Vaşinqton arasında ilk təmas ABŞ dövlət başçısı Donald Trampın noyabrın 5-də keçirilən prezident seçkilərində qələbəsindən dərhal sonra baş tutub.

Məlumata görə, danışıqların iştirakçıları diplomatik təcrübəyə malikdirlər, lakin dövlət qulluqçusu deyillər və onları danışıqlara kimin göndərdiyi hələlik bəlli deyil. 

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью