Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin mümkün telefon danışığının müzakirə mövzuları açıqlanıb.
“Report” “ABC News”a istinadən xəbər verir ki, yaxın vaxtlarda liderlər telefon danışığı vasitəsilə əsas məsələlər barədə danışa bilərlər.
Qeyd olunub ki, Trampın Rusiya-Ukrayna müharibəsini həll etmək üçün diplomatik addımları həm imkanlar, həm də problemlər yaradır: “Trampla Putin arasında görüş və ya telefon danışığı ideyası danışıqlara doğru mühüm ilk addım ola bilər.
Lakin bu, həm də əlverişsiz güzəştlər təhlükəsi yarada bilər.
ABŞ Prezidentinin qlobal neft qiymətlərinə təsir strategiyası Rusiyaya iqtisadi təzyiqi artıra bilər.
Çünki neft və qaz gəlirləri Rusiyanın büdcəsində əsas rol oynayır”.
İddiaya görə, dövlət başçıları, həmçinin nüvə silahlarına nəzarət danışıqlarının bərpası ideyasını müzakirə edə bilərlər.