Icma.az bildirir, Sherg.az portalına istinadən.
ABŞ və Rusiyanın Şimali Koreyanın nüvə statusu ilə bağlı bir sıra məsələlərdə mövqeləri üst-üstə düşür.
Sherg.az xəbər verir ki, bunu Rusiyanın beynəlxalq təşkilatlar yanında Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
Diplomat ABŞ Prezidenti Donald Trampın Şimali Koreyanın nüvə potensialı ilə bağlı açıqlamasını şərh edib.
Ulyanov “X” sosial şəbəkəsində yazıb ki, ABŞ və Rusiya bir sıra məsələlərdə bir-birinə çox yaxın mövqedədir.
“Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə il əvvəl bildirmişdi ki, KXDR-in nüvəsizləşdirilməsi artıq aktual deyil”, – deyə Ulyanov qeyd edib.
Diplomat paylaşımına Donald Trampın Şimali Koreyanın nüvə potensialı ilə bağlı çıxışının videosunu da əlavə edib.
Trampdan KXDR-in nüvə silahına malik olmasının, İranın isə buna malik olmamasının səbəbi soruşulub. ABŞ prezidenti cavabında Şimali Koreyanın əhəmiyyətli nüvə potensialına malik olduğunu bildirib və KXDR lideri Kim Çen Inın onun dostu olduğunu deyib.
Qeyd edək ki, daha əvvəl KXDR xarici işlər nazirinin müavini Kim Son Gen BMT Baş Assambleyasındakı çıxışında ölkəsinin nüvə dövlət statusunun həm faktiki, həm də hüquqi baxımdan təsbit olunduğunu və bunun yenidən nəzərdən keçirilməyəcəyini bildirib.