ABŞ və Rusiyanın neft şirkətləri arasında gizli danışıqlar olub

27.08.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Wall Street Journal” nəşrinin yazdığına görə, bu qapalı danışıqlar şərçivəsində “Exxon” şirkətinin baş vitse-prezidenti Nil Çepmen Qətərin paytaxtı Dohada “Rosneft” şirkətinin baş direktoru İqor Seçinlə görüşüb.
- “Exxon” özünün Saxalin layihəsinə qayıdacağı halda dəstək barədə ABŞ hökumətindən dəstək istəyib və müraciətinə müsbət cavab alıb”, - ABŞ administrasiyasının yüksək rütbəli məmuru bildirib.
Digər mənbələrin sözlərinə görə, “Exxon” şirkətinin Saxalinə qayıtması Moskvanın şərtlərindən asılıdır və şirkət onun gedişindən verdiyi itkiləri geri qaytarmağa ümid edir.
Mənbələr bildirib ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra yaranan gərginliyə baxmayaraq, “Exxon” bütün müharibə boyu “Rosneft” ilə əlaqə saxlayıb. “Rosneft” “Exxon” şirkətinin kapitalı, texnologiyası və idarəetmə təcrübəsində maraqlıdır.
“Reuters” agentliyi daha əvvəl “Exxon” şirkətinin Rusiyaya qayıdışının Putinlə Trampın Alyaskadakı görüşünün mövzularından biri olduğunu yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью