ABŞ və Səudiyyə Ərəbistanı arasında strateji iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

13.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 13 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud strateji iqtisadi tərəfdaşlıq sazişi imzalayıblar.

AZƏRTAC-ın məlumatına görə, imzalanma ABŞ Prezidentinin bu ölkəyə səfəri çərçivəsində baş tutub.

Daha sonra hər iki ölkənin kabinet üzvləri arasında enerji, Səudiyyə Ərəbistanında silahlı qüvvələrin modernləşdirilməsi, məhkəmə sistemləri, gömrük orqanları arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью