ABŞ və Taliban gizli danışıqlar aparır: Girov diplomatiyası

26.01.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ və Taliban Əfqanıstanda saxlanılan amerikalıların azad edilməsi üçün aylardır gizli danışıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Lakin tərəflər razılığa gələ bilmir: Taliban razılaşmaya 2008-ci ildən bəri Quantanamoda saxlanılan və Üsamə Ben Ladenə işləməkdə ittiham olunan əfqanıstanlı Məhəmməd Rəhimin də daxil edilməsini tələb edib. Tramp administrasiyası isə ən azı üç amerikalı vətəndaşın azad edilməsini istəyir. Əfqanıstan hakimiyyəti yalnız iki nəfərin azad edilməsini təsdiqləyib: alim Denis Koyl və keçmiş hərbçi Polinezis Cekson. Üçüncü vətəndaş Mahmud Həbibinin harada olduğu hələ də məlum deyil. Ağ Ev Kabili girov diplomatiyasında ittiham edir, Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi isə əsirlərdən təzyiq vasitəsi kimi istifadə edilmədiyini, ölkənin səfirliyin fəaliyyəti və təhlükəsizliyi də daxil olmaqla, ABŞ-la normal münasibətlər qurmağa çalışdığını iddia edir. ABŞ rəsmiləri Məhəmməd Rəhimin qalan bütün ABŞ vətəndaşları azad edilənə qədər razılaşmanın bir hissəsi olmayacağını vurğulayıb”, - məlumatda deyilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью