ABŞ və Ukrayna bu məsələdə razılaşdı

15.12.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

ABŞ və Kiyevin nümayəndələri Berlində Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda bir neçə məsələ üzrə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.

“Tərəflər bir sıra məsələlərdə konsensusa gəliblər” – məlumatda qeyd olunur.

Qeyd edək ki, 14 və 15 dekabr tarixlərində Berlində Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkov və Almaniya kansleri Fridrix Merz ilə danışıqlar aparıb.

Zelenski Kiyevin ABŞ və Avropanın təhlükəsizlik zəmanətləri müqabilində NATO üzvlüyündən imtina edə biləcəyini bildirmişdi.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью