Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp Vaşinqton və Ukraynanın mədənçiliklə bağlı razılığa gəldiyini açıqlayıb. Onun sözlərini "Clash Report" nəşri sitat gətirib.
“Biz faydalı qazıntılar üzrə müqavilə bağladıq. Tezliklə imzalayacağıq. Biz indi ərazi haqqında danışırıq"",- Ağ evin sahibi bildirib.
Tramp, həmçinin qeyd edib ki, ABŞ və Ukrayna arasında elektrik stansiyasının mülkiyyəti ilə bağlı danışıqlar davam edir. Çox güman ki, söhbət Zaporojye AES-dən gedir.
S.ELAY
XQ