Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Səudiyyə Ərəbistanı gələn həftə ABŞ və Ukrayna arasında Ciddə şəhərində görüş keçiriləcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada, Səudiyyə Ərəbistanının Ukrayna böhranına son qoymaq və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirdiyi vurğulanıb.
Bundan əlavə, ölkənin son 3 ildə bu mövzuda bir neçə görüşə ev sahibliyi etdiyi xatırladılıb.