Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. "Kiyev və müttəfiqləri Vaşinqtonun son addımlarının diqqəti cəlb etməyə yönəlmiş gediş o
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, son iki həftə ərzində ABŞ və Ukrayna arasındakı dəyişikliklər o qədər əhəmiyyətli olub ki, onları anlamaq çətindir.
Kiyev və müttəfiqləri ümid edir ki, Vaşinqtonun bu addımları, sadəcə, diqqəti cəlb etməyə yönəlmiş bir gedişdir.
ABŞ-ın hərbi yardımı və kəşfiyyat məlumatlarının paylaşımını dayandırması, eyni zamanda, mümkün borcun ödənilməsi üçün Ukraynanın təbii sərvətlərinin bir hissəsinin verilməsini tələb etməsi və prezident Zelenskinin açıq üzr istəməsi tələbi, sadəcə, taktiki bir manevr kimi qiymətləndirilir.
Nəşr yazır ki, bütün bunlar çətin danışıqlar ərəfəsində sərt ritorika kimi də dəyərləndirilə bilər.
"Başlanğıc nöqtəsi" Lakin bu prosesin daha dərin bir dəyişikliyi ortaya çıxardığı görünür və Avropa buna həvəssiz yanaşır, eyni zamanda, vəziyyətə uyğunlaşmağa çalışır.
Donald Tramp administrasiyası artıq Ukraynanın və onun Avropadakı tərəfdaşlarının müttəfiqi kimi yox, Moskva ilə onların arasında vasitəçi kimi mövqe tutur və Rusiyanı yenidən beynəlxalq arenada təsir gücünə malik oyunçu kimi bərpa etməyə çalışır.