ABŞ və Ukrayna saziş imzaladı

15.07.2025

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ukrayna Müdafiə Sənayesi” Səhmdar Cəmiyyəti və Amerikanın “D&M Holding Company” şirkəti ABŞ-də müdafiə sektoru üçün xüsusi kimyəvi maddələrin istehsalı üzrə birgə müəssisə yaratmaq barədə saziş imzalayıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bəyanata görə, Romada Ukraynanın bərpası üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanan sənəd, silah-sursat istehsalı sahəsində kəskin hiss olunan xüsusi kimyəvi maddə çatışmazlığının aradan qaldırılmasına xidmət edəcək.

Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Aleksandr Kamışin də açıqlama verərək bildirib ki, Romada keçirilən konfransda Amerika şirkəti və “Ukroboronprom” ABŞ ərazisində barıtın birgə istehsalı barədə razılığa gəliblər.

Fidan Hacızadə

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью