ABŞ və ya İsrail hücum edərsə, İran cavab verəcək Pezeşkian AzPolitika onlayn siyasiictimai qəzet

15.01.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran hərbi münaqişəyə can atmır, lakin ABŞ və ya İsrail onun ərazisinə hücum edərsə, buna cavab verəcək.

APA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində bildirib.

“İstənilən hərəkətə cavab verəcəyik. Biz müharibəyə can atmırıq, amma müharibədən də qorxmuruq. Mən həqiqətən ümid edirəm ki, bu baş verməyəcək, çünki bu, təkcə bizə deyil, münaqişənin bütün tərəflərinə zərər verəcək”, - Pezeşkian deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью