ABŞ və Yaponiya birgə hərbi təlim keçirir

22.06.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Okinava və Küsü adalarında ABŞ və Yaponiya hərbçilərinin birgə təliminə start verilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Resolute Dragon-26" təlimində hər iki ölkədən ümumilikdə 9 min 600 hərbçi iştirak edir.

Məqsəd ada ərazilərdə müdafiə taktikasının təkmilləşdirilməsidir. Hava, dəniz və quru qoşunlarının iştirak etdiyi sayca 6-cı birgə təlim iyunun 30-a kimi davam edəcək.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью