ABŞ Venesuela hərbi obyektlərinə zərbələr endirməyə hazırlaşır

31.10.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Vaşinqtonun narkotik ticarəti üçün istifadə oluna biləcəyinə inandığı Venesuela hərbi obyektlərinə zərbələr endirməyə hazırlaşır.

Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

"ABŞ Venesuelanın qeyri-qanuni narkotik ticarəti üçün istifadə edilən hərbi obyektlərinə zərbələr endirməyə hazırlaşır. Əgər ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlara başlamaq qərarına gələrsə, çox güman ki, narkotik qrupları və infrastruktur hücuma məruz qalacaq", - deyə vurğulanıb.

Qeyd olunub ki, Ağ Ev rəhbəri Venesueladakı hədəflərə qurudan zərbələr endirmək barədə hələ yekun qərar qəbul etməyib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью