ABŞ Venesuela üzərində uçuşlara qadağa qoyub

03.01.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) ölkənin kommersiya təyyarələrinin Venesuela üzərində istənilən yüksəklikdə uçuşuna qadağa qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RBK "The New York Times"a istinadən bildirib.

Qadağa yerli vaxtla saat 2:00-dan qüvvəyə minib və 23 saat ərzində qüvvədə olacaq.

Məhdudiyyətlər davam edən hərbi fəaliyyətlə əlaqədar tətbiq edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью