Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə bildirilir.
Məlumata görə, çıxarılan uran xüsusi gəmi ilə ABŞ-dakı Savanna-River nüvə tullantıları mərkəzinə çatdırılıb. Burada həmin uran yenidən istifadə üçün emal olunacaq.
ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Brendon Uilyams: “Venesueladakı bütün zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə ölkədən çıxarılması dünyaya ölkənin bərpası və yenilənməsi ilə bağlı növbəti mesajı verir”, - deyə bildirib.
Press-relizdə qeyd olunur ki, əməliyyat altı həftə ərzində başa çatdırılıb. Prosesdə Vaşinqton və Karakasdakı Dövlət Departamentinin əməkdaşları, Böyük Britaniyadan olan mütəxəssislər, Venesuelanın Elm və Texnologiya Nazirliyi, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri iştirak ediblər.
Sənəddə vurğulanır ki, RV-1 reaktorunda nüvə tədqiqatları 1991-ci ilə qədər onilliklər boyu aparılıb.
Bizimyol.info