ABŞ vergi xidmətinin kompüterləri İlon Maska görə sıradan çıxıb?

02.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask dövlətə o qədər çox vergi ödəyir ki, ABŞ vergi xidmətinin kompüteri buna "dözmür".

Oxu.Az xəbər verir ki, bu barədə Mask özü "X" hesabında paylaşım edib.

"Mən bir dəfə o qədər çox vergi ödədim ki, vergi xidmətinin kompüteri sıradan çıxdı, bu həqiqətdir. Hədsiz böyük rəqəmlərdir. Bütün bunları emal etmək üçün proqram təminatını yeniləməli oldular", - o yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью