ABŞ vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı

11.06.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Bağdaddakı səfirliyi İraqda yaşayan Amerika vətəndaşlarını maksimum ehtiyatlı olmağa və imkan daxilində ölkəni tərk etməyə çağırıb.

Axar.az xəbər verir ki, səfirlik Yaxın Şərqdə gərginliyin artması fonunda hava məkanının qəfil bağlana biləcəyi barədə xəbərdarlıq edib.

“Bəzi əməkdaşların ölkədən çıxarılması ilə bağlı göstəriş verilsə də, ABŞ-ın İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir. İraq ABŞ-ın səyahət tövsiyələri sistemində ən yüksək risk səviyyəsi sayılan 4-cü dərəcəli – “Səyahət etməyin” xəbərdarlığı altında qalır”, - məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью