ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb | Icma.az
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.
“Report” bu barədə Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.
"Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir", - bəyanatda qeyd olunub.
Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.
Bizim Telegram kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu