ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

07.12.2024

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.

"Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir", - bəyanatda qeyd olunub.

Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью