ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

07.12.2024

Icma.az, Anews portalına istinadən məlumat yayır.

ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.Bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.

"Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir", - bəyanatda qeyd olunub.

Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью