ABŞ vəziyyət şatdaun həddinə yaxınlaşır Vens

30.09.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ hökuməti, Prezident Donald Trampın büdcə xərcləri ilə bağlı demokratlarla apardığı müzakirələrin uğursuzluğu fonunda, şatdaun (hökumətin fəaliyyətinin dayandırılması) həddindədir.

Bizimyol.info xəbər verir ki, "Reuters"in məlumatına görə, bu fikri ABŞ-nın vitse-prezidenti Ceyms Devid Vens bildirib.

"Fikrimcə, biz şatdauna doğru gedirik", - deyə Vens vurğulayıb.

O, Demokratik Partiyanı günahlandıraraq, demokratların "doğru istiqamətdə addım atmaq istəmədiklərini" qeyd edib. Demokratlar isə hökumətin fəaliyyətinin dayandırılma ehtimalını respublikaçılara bağlayıblar.

"Onların (demokratların) ağlıma yatdığı ideyalar var idi, prezidentdə bu təklifləri qəbul etməyə hazır idi. Lakin onları təzyiq vasitəsi kimi istifadə edib işi şatdauna gətirmək axmaqlıqdır!" - deyə Vens əlavə edib.

Demokratların Nümayəndələr Palatasındakı lideri Hakim Ceffrisin fikrincə, Konqres, 2025-ci ilin sonunda qüvvədə olan vergi güzəştlərini dərhal uzatmalıdır. O, qeyd edib ki, sığorta şirkətləri daha yüksək tarifləri təsdiqləyir və yeni qeydiyyat dövrü 1 noyabrda başlayacaq.

"Biz, yalnız Respublikaçıların, səhiyyə sistemini daha da zəiflədən planını tətbiq etməsini qəbuledilməz hesab edirik", - deyə o vurğulayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью