ABŞ vitse prezidenti: “İranla danışıqlar aparılmayacaq”

04.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Tehran Hörmüz boğazında ticarət gəmilərinə hücumu dayandırana qədər ABŞ İranla danışıqlar aparmayacaq. 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərə belə deyib: 

“Onlar bunu dayandırmalıdırlar. Bu, qədər sadə”. ABŞ vitse-prezidenti, həmçinin İranda toy mərasimi zamanı yaşayış binasına edilən hücuma da toxunub. İran tərəfinin məlumatına görə, ən azı beş nəfər ölüb, təxminən 70 nəfər yaralanıb. 

Vens bildirib ki, Vaşinqton hücumun səbəblərini araşdırır. ABŞ ordusu İranın hesabatlarından xəbərdar olduğunu deyib. O, mülki şəxslərin heç vaxt qəsdən hədəfə alınmadığını vurğulayıb. 

Vens, həmçinin qeyd edib ki, İran Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq itirib. Boğazdan neft və qazın nəqlinin həcmi isə demək olar ki, münaqişədən əvvəlki səviyyəyə qayıdıb. 

Tehran və Vaşinqton arasında davam edən zərbələrə baxmayaraq, ABŞ-nin vitse-prezidenti mövcud vəziyyəti müharibə hesab etmir. “Mən bunu müharibə adlandırmazdım. Hazırda aktiv atəşkəs yoxdur”, - deyə o bildirib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью