ABŞ vitse prezidenti: “Putini dayandırmağın ən yaxşı yolu budur”

04.03.2025

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanı Rusiyanın növbəti işğalından qorumağın ən yaxşı yolu Ukraynanın gələcəyində ABŞ-nin iqtisadi maraqlarına zəmanət verməkdir.

Turkustan.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Əgər siz real təhlükəsizlik zəmanətlərini istəyirsinizsə, Vladimir Putinin Ukraynaya bir daha təcavüz etməməsini istəyirsinizsə, o zaman ən yaxşı təhlükəsizlik zəmanəti amerikalılara Ukraynanın gələcəyində iqtisadi fayda təmin etməkdir”, - Amerika rəsmisi bildirib.

Vens hesab edir ki, bu, Avropa İttifaqından (Aİ) Ukraynaya sülhməramlı qoşunların göndərilməsindən daha yaxşı alternativ olardı:

“Bu, 30-40 il ərzində döyüşməmiş bəzi təsadüfi ölkələrdən olan 20 000 əsgərdən daha yaxşı təhlükəsizlik zəmanətidir”.

Vitse-prezident həmçinin qeyd edib ki, ABŞ müharibani əbədi olaraq maliyyələşdirə bilməz, Amerika xalqı buna dözməyəcək./teleqraf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью