Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfər planlaşdırmasını, lakin Tbilisini proqramdan kənarda saxlamasını belə izah edib.
KONKRET.az-ın xəbərinə görə, Baş nazir bildirib ki, vitse-prezidentin səfəri “TRIPP marşrutu” (Zəngəzur dəhlizi) ilə əlaqəlidir və bu baxımdan əsas ölkələrin Ermənistan və Azərbaycan olması məntiqlidir.
“Bu səfər ABŞ vitse-prezidentinin sözügedən marşrutla bağlı təşəbbüsləri çərçivəsində həyata keçirilir. Ona görə də əsas diqqət Ermənistan və Azərbaycana yönəlib. Burada əlavə şərhə ehtiyac yoxdur”, – deyə Kobaxidze vurğulayıb.
O, eyni zamanda Gürcüstanın ABŞ-la strateji tərəfdaşlığın bərpasına hazır olduğunu və Vaşinqtondan bu istiqamətdə konkret addımlar gözlədiklərini qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az