ABŞ viza müsahibələrini dayandırdı: BÜTÜN DÜNYADA

26.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Tramp administrasiyası dünyanın bütün ölkələrində müraciət edənlər üçün viza müsahibələrini dayandırıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə xəbəri Dövlət Departamenti təsdiqləyib. Departamentin sözçüsü bildirib ki, agentlik ABŞ səfirliklərində və konsulluqlarında qlobal təlim proqramına başlayıb: “Viza görüşlərinin vaxtları müvafiq olaraq tənzimlənəcək”.

Dövlət Departamenti təlim və ya onun vaxtı barədə ətraflı məlumat verməyib. 

Sadəcə bildirilib ki, təlimin konsulluq işçilərinin viza üçün müraciət edənlərin hərtərəfli və ardıcıl qiymətləndirilməsini təmininə kömək etmək məqsədi daşıyır.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью