Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq. ABŞ-da hələ diri –diri xəstələrin orqanlarının çıxarılması ilə bağlı New York Times tərəf
Nəşr tibb işçilərinin açıqlamalarına və daxili qeydlərin təhlilinə əsaslanır.
Bu dəhşətli faktlar eşidənləri şoka salıb.“Medicina” xəbər verir ki, nəşr Alabama xəstəxanasında baş verən hadisəni göstərir, cərrah 42 yaşlı Misti Hokinsin sinəsini kəsib və yalnız bundan sonra qadının hələ də sağ olduğunu bilib.
Xəstə boğularaq komaya düşmüşdü, anası qızının orqanlarını bağışlamağa qərar verib.
Qadın süni tənəffüs cihazından ayrıldıqdan 103 dəqiqə sonra öldüyü elan edildi.
The New York Times-a müsahibə verən beş cərrah ölümün vaxtından əvvəl elan edildiyinə inanır. Digər oxşar hadisə Nyu- Meksikoda baş verib.
Orada bir qadını bir neçə gün ərzində orqanlarının çıxarılması proseduruna hazırlayıblar.
Yaxınları qadının özünə gəldiyini görüblər və o, bundan qaça bilib.