ABŞ xüsusi təyinatlılarının keçmiş əsgərləri Qəzzada xidmət edəcək

30.01.2025

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəzzada atəşkəs prosesi davam edərkən, şəhərin təhlükəsizliyini təmin etmək üçün yeni addım atılıb.

Turkustan.az xəbər verir ki,ABŞ-ın UG Solutions şirkətinin çətiri altında çalışan 100 keçmiş ABŞ Xüsusi Təyinatlı əsgəri Qəzzada yerləşdiriləcək. 2023-cü ildə muzdlu əsgərləri təmin etmək üçün yaradılan şirkətin sözçüsünə görə, bəzi muzdlular artıq Qəzzada fəaliyyətə başlayıb.

Reuters-in verdiyi məlumata görə, gündəlik maaşı 1000-10000 dollar arasında dəyişən muzdluların işə götürülməsi ilə bağlı elektron məktublara da daxil olub.
Muzdluların əsas vəzifələrdə yer alacağı gözlənilsə də, Qərbdə ABŞ-ın Qəzzədəki münaqişəyə birbaşa qarışa biləcəyi ilə bağlı narahatlıqlar yaranmağa başlayıb. Bəzi ekspertlərin fikrincə, HƏMAS və muzdlular arasında münaqişə ehtimalı var.
Göndərilən elektron məktublara görə, muzdluların əsas vəzifəsi keçid məntəqələrinin təhlükəsizliyini təmin etməkdir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью