“ABŞ ya vədlərinə əməl etməli, ya da bədəlini ödəməlidir”

12.07.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“ABŞ ya verdiyi vədləri yerinə yetirməli, ya da bunun bədəlini ödəməyə hazır olmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Spiker vurğulayıb ki, artıq “birtərəfli razılaşmalar dövrü” başa çatıb.

M.B.Qalibaf paylaşımına Vaşinqton və Tehran arasında iyun ayında imzalanmış qarşılıqlı anlaşma memorandumunun bəndlərindən birinin fotosunu da əlavə edib. Şəkildə xüsusi qeyd edilən hissədə Hörmüz boğazında hərəkətin təşkilinə görə birbaşa İranın məsuliyyət daşıdığı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью