ABŞ Yaponiyanı nüvə silahı ilə qorumağa davam edəcək

10.06.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ nüvə silahı da daxil olmaqla, bütün müdafiə imkanlarından istifadə edərək Yaponiyanı müdafiə etməyə davam edəcək. Bu barədə Tokioda baş tutan Yaponiya-ABŞ genişləndirilmiş dialoqunun yekunlarına dair tərəflərin birgə bəyanatında bildirilir.

Moderator.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

"ABŞ nüvə silahı da daxil olmaqla, bütün müdafiə imkanlarından yararlanaraq Yaponiyanın müdafiəsinə sadiqliyini təsdiqləyib", - deyə sənəddə qeyd olunub. Sənəddə vurğulanıb ki, Yaponiya öz növbəsində Amerika qoşunlarına və onların sülhün qorunması üzrə həyata keçirdikləri əməliyyatlara dəstəyini bir daha ifadə edib. Həmçinin bildirilib ki, tərəflər artan regional nüvə təhlükəsi fonunda ABŞ-nin nüvə qüvvələrinin modernləşdirilməsi və uyğunlaşdırılması istiqamətində səyləri, eləcə də Yaponiyanın müdafiə siyasətini müzakirə ediblər.

Bununla yanaşı, Tokio Vaşinqtonu nüvə silahlanması yarışının qarşısının alınmasına yönəlmiş beynəlxalq dialoqu, o cümlədən Çin və Rusiya ilə silahlara nəzarət üzrə danışıqları fəallaşdırmağa çağırıb. Tərəflər Pxenyanın nüvə proqramını növbəti dəfə tənqid edərək, KXDR-in tam denuklearizasiyasının (nüvəsizləşdirmə) tərəfdarı olduqlarını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью