ABŞ Yaponiyanın Kuril adaları ilə bağlı iddialarını dəstəklədi

14.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ Yaponiyanın Kuril adaları ilə bağlı mövqeyini dəstəkləyir. ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlass bildirib ki, Vaşinqton Yaponiyanın “şimal əraziləri” adlandırdığı Kuril adaları üzərində suverenliyini tanıyır.

Bizimyol.info xəbər verir ki, diplomat "X" sosial şəbəkəsindəki paylaşımında ABŞ-ın mühüm müttəfiqi olan Yaponiyaya dəstəyinin dəyişməz qaldığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ-Yaponiya ittifaqı Hind-Sakit okean regionunda sabitlik və rifahın qorunmasında mühüm rol oynayır.

Kuril adaları məsələsi Rusiya prezidenti Vladimir Putinin avqustun 13-də İturup adasına səfərindən sonra yenidən gündəmə gəlib. Yaponiya hökuməti səfərə görə Rusiyaya kəskin etirazını bildirib. Baş nazir Sanae Takaiçi Kunaşir, Şikotan, İturup və Habomai adalarını “Yaponiyanın əzəli əraziləri” adlandırıb.

Tokio Rusiyanın bu adalar üzərində suverenliyini tanımır. Yaponiyanın xarici işlər naziri Tosimitsu Motegi isə Putinin İturupa səfərinin ölkəsinin mövqeyinə zidd olduğunu və Yaponiya xalqının hisslərini təhqir etdiyini bildirib.

Moskva isə Yaponiyanın ərazi iddialarını rədd edib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Kuril adalarının Rusiyaya məxsusluğunu tanımaqdan imtina edənlər “dəhşətli nəticələrlə” üzləşə bilərlər.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə Tokionun diplomatik addımlarının Moskvanın mövqeyini dəyişməyəcəyini deyib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da Yaponiyanın mövqeyini Moskvanın fikrincə, Rusiyaya qarşı qeyri-dost siyasətin davamı kimi qiymətləndirib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью