ABŞ yardımı dayandırdı Fransadan şok çağırış

05.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Fransa və Avropa ABŞ-ın Ukraynaya yardımını mümkün qədər əvəz etmək üçün bütün mümkün vasitələri birləşdirməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Fransa Baş naziri Fransua Bayru ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmasını şərh edərkən deyib.

O vurğulayıb ki, Ukrayna hərbçilərinə döyüş sursatı, rabitə və kommunikasiyalara çıxış, həmçinin müəyyən sayda kəşfiyyat sistemləri lazımdır:

“Bu, bizi modelimizi, prioritetlərimizi yenidən nəzərdən keçirməyə və bildiyimizi düşündüyümüz dünyaya fərqli gözlə baxmağa vadar edəcək. Biz aşkar etdik ki, bu dünya düşündüyümüzdən daha təhlükəlidir və bu təhlükə bizim müttəfiq hesab etdiyimiz şəxslərdən qaynaqlanır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью