ABŞ yaxın həftələrdə Qəzzaya beynəlxalq qüvvələr yerləşdirəcək

31.10.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


ABŞ bir neçə həftə ərzində Qəzza zolağında beynəlxalq qüvvələr yerləşdirməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Amerika hakimiyyəti Qəzza zolağı üçün beynəlxalq sabitlik qüvvələrinin yaradılması ilə bağlı bir neçə ölkə ilə qapalı məsləhətləşmələr aparır.
“Axios” portalının mənbələrə istinadla verdiyi məlumata görə, Vaşinqton bir neçə həftə ərzində müfəssəl plan təqdim etmək niyyətindədir.
Nəşrin məlumatına görə, region ölkələri iştirakda maraqlı olduqlarını bildiriblər. Kontingentin region ölkələrinin nümayəndələrindən, həmçinin Fələstin polisindən təşkil olunacağı və Qəzza sərhədində yerləşdiriləcəyi gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью