Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu genişləndirir.
Axar.az xəbər verir ki, bu barədə AP agentliyi mənbələrinə istinadən yazıb.
Pentaqon rəhbəri Pit Heqset “USS Harry Truman” aviadaşıyıcısının bölgədə qalma müddətinin ən azı 1 ay uzadılması barədə göstəriş verib.
Bundan əlavə, hazırda Sakit okeanda fəaliyyət göstərən “USS Carl Vinson” aviadaşıyıcısı Yaxın Şərqə yönləndirilib. Gəminin bölgəyə aprelin əvvəlində çatacağı gözlənilir.