ABŞ Yaxın Şərqdə qüvvələrinin toplanmasını yaxın günlərdə başa çatdıracaq

29.01.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Fars körfəzindəki hərbi quruculuğu yaxın günlərdə başa çatacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat verib.

"Hazırda diqqət hazırlığa yönəlib, amma görünür ki, ABŞ prezidenti Donald Tramp yaxın günlərdə İranla bağlı başqa bir qərar verəcək", - deyə ABŞ rəsmisi portala bildirib.

Vaşinqtonun Yaxın Şərqdəki hərbi quruculuğunun bir hissəsi olaraq, "USS Abraham Lincoln" təyyarədaşıyan zərbə qrupu, "F-15" qırıcı təyyarələri və "C-17" hərbi nəqliyyat təyyarələrindən ibarət eskadrilya ilə birlikdə artıq bölgəyə gəlib.

Daha əvvəl Tramp böyük bir böyük hərbi donanmanın İrana doğru getdiyini bildirmişdi.

O, Tehranın danışıqlar masasına oturub "nüvə silahlarının tamamilə ləğvi" də daxil olmaqla "ədalətli və bərabər" bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. Amerika lideri ötən ilin iyun ayında ABŞ-ın İslam Respublikasındakı nüvə obyektlərinə zərbələr endirdiyini və bu addımın "Gecəyarısı Çəkic Əməliyyatı" adlandırıldığını xatırladıb. Tramp "növbəti hücumun daha da pis olacağını" bildirərək, "bunun baş verməsinin qarşısını almağa" çağırıb.

İranın Ali Liderinin müşaviri Əli Şamxani bildirib ki, Tehran ABŞ-ın hər hansı bir təcavüzkar hərəkətini tammiqyaslı müharibənin başlanğıcı kimi qiymətləndirəcək və lazımi səviyyədə cavab veriləcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью