ABŞ Yaxın Şərqə 70 dən çox Patriot raket kompleksi göndərib

12.04.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ ordusu Hind-Sakit okean regionunda hava hücumundan müdafiə sistemindəki yerdəyişmə ilə bağlı “Patriot” batalyonunu Yaxın Şərqə köçürüb.

APA xəbər verir ki, bu haqda “Axios” portalı ABŞ ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Yaxın Şərqdə yeni yerləşdirmə planı çərçivəsində C-17 tipli hərbi-nəqliyyat təyyarələri ilə ümumilikdə 73 uçuş həyata keçirilib.

“Patriot” hava hücumundan müdafiə sistemlərinin Hind-Sakit Okean regionundan Yaxın Şərqə niyə köçürülməsi ilə bağlı rəsmi açıqlama verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью