ABŞ Yaxın Şərqə əlavə hərbi texnikalar göndərir

02.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki “Patriot” hava hücumundan müdafiə raket batareyası yerləşdirib. 

Bu barədə “Kaliber.az” “Axios”a istinadən məlumat yayıb. 

Məlumata görə, Vaşinqton İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası qərarı veriləcəyi təqdirdə müttəfiqlərinin əsas enerji obyektlərinin qorunmasını təmin etmək niyyətindədir.

ABŞ ordusu hadisələrin sonrakı inkişafını izləyərək, Yaxın Şərqə əlavə gəmilər, qırıcı təyyarələr və qoşunlar göndərir.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью