ABŞ Yaxın Şərqə əlavə qırıcılar göndərir NYT

20.07.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Avropadan Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcı təyyarələri yerləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, Almaniyadan F-16, Böyük Britaniyadan isə F-35 qırıcıları regiona göndərilib. Bundan əlavə, Yaxın Şərqə əlavə yanacaqdaşıyan (tanker) hərbi təyyarələrin də yerləşdirildiyi bildirilir.

Nəşr qeyd edir ki, bu addım ABŞ administrasiyasının İrana qarşı mümkün hərbi əməliyyatları genişləndirə biləcəyinə dair növbəti siqnal kimi qiymətləndirilir. Təyyarələrin dəqiq hansı bazalarda yerləşdiriləcəyi isə hələ açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью