ABŞ Yaxın Şərqə ikinci hərbi gəmi göndərdi

11.04.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

ABŞ, demək olar ki, hər gün Yəmənə hücumlarını davam etdirdiyi üçün ikinci döyüş gəmisini Yaxın Şərqə göndərdiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial media hesabında paylaşım edilib.

Bəyanatda deyilir ki, "USS Carl Vinson döyüş gəmisi USS Harry S. Truman döyüş gəmisi ilə birlikdə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında xidmət edir".

ABŞ rəsmisi martın 22-də Associated Press agentliyinə bildirib ki, Yəməndə husilərə qarşı hücumlarını gücləndirən Birləşmiş Ştatlar gələn ay bölgədə iki təyyarədaşıyıcısı olmasını planlaşdırır.

Rəsmi müdafiə naziri Pit Heqsetin hazırda Sakit Okeanda xidmətdə olan USS Carl Vinson döyüş gəmisinin Yaxın Şərqə yola salınması əmrini verdiyini və hazırda Qırmızı dənizdə xidmətdə olan USS Harry S. Truman adlı döyüş gəmisinin ən azı bir ay Yaxın Şərqdə qalması üçün cümə axşamı günü əmr imzaladığını bildirib.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью