ABŞ yə məxsus dörd hərbi təyyarə Avropaya uçub

12.06.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Cümə axşamı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd C-17 təyyarəsi Avropaya yola düşüb. Təyyarələr Vitse-prezident Cey Di Vensin yaxın günlərdə Cenevrəyə planlaşdırılan mümkün səfəri üçün avadanlıqlar daşıyır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ hökumət təyyarələrinin mətbuat xidməti məlumat yayıb.

Bu uçuşlar ABŞ hərbi-nəqliyyat aviasiyasının Prezident Donald Trampın Cenevrə yaxınlığında keçiriləcək G7 sammitində gözlənilən iştirakını təmin edən digər reysləri ilə paralel olaraq həyata keçirilib: daha beş C-17 təyyarəsi Məxfi Xidmət, Ağ Evin Hərbi Ofisi və HHQ-yə məxsus avadanlıqları Cenevrə Beynəlxalq Hava Limanına çatdırıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью