ABŞ yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır

21.04.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

ABŞ-yə məxsus təyyarə Hörmüz boğazı istiqamətində hərəkət edir.

Moderator.az xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat paylaşıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə aid "Boeing KC-46A Pegasus" yanacaqdolduran tankeri Fars körfəzi səmasında qeydə alınıb.

Uçuşuna Təl-Əvivdən başlayan hava gəmisi İordaniya və Səudiyyə Ərəbistanının hava məkanından keçərək Fars körfəzinə çatıb. Daha sonra isə təyyarə Hörmüz boğazı istiqamətində uçuşunu davam etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью